İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bu məsələyə ona görə çox vaxt və pul sərf etdi ki... - DETALLAR

Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu.

60627ef4-3a06-3339-b921-08f57a87d5a2_850.jpg (127 KB)

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Növbəti 20 il ərzində azadlığının ikinci ilini yaşayan şəhərin ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

2dbe90d9-b82f-36bc-b203-630295cf47d1.jpg (413 KB)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Musavat.com-a bildirib ki, 44 günlük Vətən müharibəsindəki zəfərdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev ermənilər tərəfindən dağıdılmış şəhərlərimizin yenidən qurulacağını bəyan etmişdi. Keçən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük bərpa-quruculuq işlərinə başlanılıb:

46f30354-6bbd-3d87-876d-aa0d0a70415f_850.jpg (52 KB)

"2 il öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı erməni işğalından azad etdi, Qarabağ və Şərqi Zəngəzur rayonu əbədi olaraq Azərbaycan dövlətinə və xalqına qayıtdı. Azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yurd-yuvasından uzaq düşmüş insanların torpaqlarına qaytarılması Azərbaycan dövlətinin əsas siyasətidir. Bu istiqamətdə kifayət qədər işlər görülür, dövlət büdcəsindən xeyli vəsait ayrılır. Ərazilərin minalardan təmizlənməsinin, təhlükəsizlik məsələlərinin həll olunmasının yeganə məqsədi Qarabağın sürətlə Azərbaycanın digər ərazilərinə reinteqrasiya olunması və insanların öz yurdlarına qayıtmasıdır. Keçən dövr ərzində artıq Zəngilanda ilk yaşayış məskəni salındı, insanların köç prosesi başladı. Bu proses Azərbaycan dövlətinin, xalqının iradəsinin bütün dünyaya bəyan edilməsi oldu ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq, yaradılmış istənilən maneələri dəf etməyə qadirdir. Çox vaxt və maddiyyat sərf etsək də, Azərbaycan dövləti bu istiqamətdə inamla irəliləmək və qarşıya qoyduğu məqsədlərə çatmaq niyyətindədir.

Bərpa olunan rayonların içərisində Qubadlı da var. Orada görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Bütövlükdə Şərqi Zəngəzurun bərpa olunması və bu istiqamətdə rayonların iqtisadi potensialının istifadəsi Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Məhz Qubadlı şəhərinin Baş planının təqdim olunması, orada Zəfər muzeyinin təməlinin qoyulması bu istiqamətdə bu rayonun da bərpa olunmasında Azərbaycan dövlətinin planlarını bir daha hər kəsə göstərdi. Mən düşünürəm ki, bu həm də Qubadlıdan olan insanların daha tez rayona qayıdacaqlarına imkan yaradacaq. Bütün rayonların bərpası istiqamətində görülən işlərin miqyası kifayət qədər böyükdür. Azərbaycan dövləti həm Qarabağın bərpa olunması, həm də insanların orada layiqli şəkildə yaşamasını təmin edəcək böyük bir planı həyata keçirmək əzmindədir. Bu şəhərlərin Baş planlarının təqdim olunması, Zəfər muzeylərinin yaradılması, rayonların azadlığı uğrunda şəhid olan igidlərin xatirələrini uca tutmaq və bunu əbədiləşdirmək, gələcək nəsillərin orada sülh, əmin-amanlıq və layiqli şəkildə yaşamasını təmin etmək üçün iqtisadi infrastrukturun yaranması planlarının hər kəsə nümayişi bunu yerinə yetirmək iradəsinin olmasını göstərir".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR