İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan anti-Rusiya forumuna dəvət edilir

Bakı hansı mövqeyi tutmalı - ekspertlər cavab verir

Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynadakı sülh prosesində iştirakına şad olacağını bildirib. Ukrayna prezidenti bu barədə fevralın 25-də Rusiya işğalına qarşı müharibənin 2-ci ildönümü ilə əlaqədar keçirdiyi mətbuat konfransında danışıb.

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan suveren hüquqların və sülhün tərəfdarıdır. Digər tərəfdən, mümkünsə, Azərbaycanın sülh formulunda iştirakına təbii ki, şad olardıq” - Ukrayna lideri açıqlamasında bildirib.

İsveçrədə keçirilməsi planlaşdırılan qlobal sülh sammitinə 160-dan çox ölkənin nümayəndəsi dəvət olunacaq.

Bunu Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, artıq rəsmi dəvətnamələr hazırlanıb və tezliklə ünvanlara göndəriləcək.

Rusiya dəvət olunanların siyahısına daxil edilməyəcək. Yermakın izah etdiyi kimi, bu ölkənin sülh formulunun müzakirəsində iştirakının mümkünlüyü yalnız dünya liderlərinin İsveçrədə keçiriləcək sammitdə Ukrayna və ona qarşı təcavüzün nəticələrinin aradan qaldırılması üçün konkret plan hazırlamasından sonra nəzərdən sammitin tarixi açıqlanmayıb. Bundan əvvəl Ukraynanın tələbi ilə forumun keçirilməsinə razılıq verən İsveçrə hakimiyyəti onu yaya qədər təşkil etmək niyyətində olduqlarını bildirmişdi.

Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi sülh formulu digər məsələlərlə yanaşı, Rusiya qoşunlarının Ukraynadan tam çıxarılmasını və ölkə sərhədlərinin bərpasını nəzərdə tutur. Rusiya hakimiyyəti bu formulun qəbuledilməz olduğunu və onların iştirakı olmadan Ukrayna ilə bağlı planların müzakirəsinin heç bir nəticə verməyəcəyini vurğulayır. Vladimir Putin iki dəfə bəyan edib ki, Rusiya Ukraynada işğal etdiyi ərazilərdən əl çəkməyəcək. 

Azərbaycan aşkar anti-Rusiya forumu kimi qəbul edilən foruma dəvəti qəbul etməlidirmi?  Bakı hansı mövqeyi tutmalı?

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Qərb Ukrayna vasitəsilə Azərbaycanı tamamilə anti-Rusiya cəbhəsinə cəlb etmək istəyir: “Cənubi Qafqazın əsas və ən vacib ölkəsi olan Azərbaycanın anti-Rusiya cəbhəsində yer alması Qərbə həddən artıq dərəcədə vacibdir. Buna nail olmaq üçün ötən ilin ikinci yarısından etibarən Azərbaycanı sıxmaq və bu yolla ram etmək xətti seçilmişdi. Ancaq Azərbaycanın qətiyyətli mövqeyi, müstəqil xarici siyasət xəttini tutması Qərbin istəyinin reallaşmasına imkan vermədi. Ona görə də indi yeni taktikaya yumşaq taktika ilə, müxtəlif forumlara cəlb etməklə istəklərini gerçəkləşdirəcəklərini hesablayıblar. Azərbaycanın isə mövqeyi dəyişməz olaraq qalır və yəqin ki, qalacaq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, bununla yanaşı, Rusiyaya qarşı cəbhədə yer almır. Əslində bunu fevralın 25-də keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Zelenski də söylədi ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. "Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan suveren hüququn, sülhün tərəfdarıdır. Azərbaycanı sülh formulunda iştirakından məmnun olardıq" bəyanatı  ilə çıxış edən Ukrayna prezidenti Zelenski əslində öz açıqlaması ilə həm də ölkəmizin Rusiya-Ukrayna müharibəsinə münasibətini ehtiva etmiş oldu.

Azərbaycan müharibə başlayan ilk gündən Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edən bir ölkədir. Müharibənin gedişi zamanı dəfələrlə Ukraynaya müxtəlif səviyyəli humanitar yardım kampaniyalarında iştirak edib və müxtəlif beynəlxalq platformalarda da Ukrayna ilə bağlı mövqeyini ifadə edib. Elə son Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə Ukrayna Prezidentinin görüşü və Azərbaycanın mövqeyinin növbəti dəfə ifadə olunması da bunun bariz sübutudur.

İsveçrədə keçiriləcək Qlobal Sülh Forumunda iştiraka gəldikdə isə adından da göründüyü kimi, bu bir anti-Rusiya forumundan çox, sülh axtarışı ilə bağlı konfransdır. İsveçrə xarici işlər naziri öz açıqlamasında keçiriləcək forumda 10-dan çox müxtəlif sülh proqramlarının müzakirə olunacağını bəyan edib. Odur ki, söhbət sülhə xidmətdən gedirsə, düşüncəmə görə, ölkəmizin bu toplantıda hansısa səviyyədə iştirakı arzuolunandır. Xüsusilə də rəsmi Bakının Rusiya-Ukrayna müharibəsindəki mövqeyinin sirr olmadığı və Türkiyənin də həmin forumda iştirakının gözlənildiyi vaxtda ölkəmizin həmin konfransda iştirakında hər hansı problem yoxdur. Rusiya ola bilsin ki, bundan xoşhal olmaz. Lakin Rusiya da Azərbaycanın Ukrayna məsələsində mövqeyini bildiyi üçün iştirakımızı anlayışla qarşılayar". 

Ermənistanın hərbi-siyasi rəhbərliyi mayın 14-də Brüssel formatında  keçirilən görüşü pozmağa çalışır – İlyas Hüseynov (ÖZƏL) - Turkic World

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Qərb Ukrayna cəbhəsində mövqelərini itirdikcə siyasi və mənəvi cəhətdən Ukrayna dövlətinə, Ukrayna xalqına yardım etmək istəyir. Bu xüsusda müxtəlif böyük miqyaslı forumlar təşkil edir və burada Ukraynaya xüsusi meydan yaradır, bu cür forumlarda Rusiya əleyhinə sərt mövqelər ortaya qoyulur, Rusiya işğalçı elan edilir: "Digər tərəfdən, Ukrayna prezidenti Zelenskinin Ermənistana səfərinə də dair fikirlər bildirilir. Bununla yanaşı, İsveçrədə keçirilməsi planlaşdırılan qlobal sülh sammitinə Azərbaycan liderinə də dəvət göndəriləcəyi bildirilir. Bu forumda iştirak etməkdən öncə yəqin ki, düşünmək və hazırkı vəziyyəti dəyərləndirmək, analiz etmək tələb olunur. Forumda iştirak eləyən dövlətlər Rusiyanı hədəfə alacaqlar,  tənqid edəcəklər, Ukraynaya siyasi, mənəvi dəstək olacaqlar. Rusiya da məhz bu forumda iştirak eləyən dövlətləri nəzərə alacaq, onlara qarşı müəyyən tədbirlər həyata keçirməyə başlayacaq. Biz Rusiya ilə həmsərhəd dövlətik, Rusiya ilə Azərbaycan arasında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə” qüvvədədir. Adıçəkilən forumda iştirak etmək Azərbaycan-Rusiya münasibətlərinə zədə vura bilər. İştirakı Rusiya öz bildiyi kimi qəbul edəcək. Ona görə də, məncə, bu məsələdə ciddi götür-qoy edilərək son qərar veriləcək".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR