İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan alimləri ABŞ universitetinin qiymətləndirmə siyahısında

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun alimləri 3-cü dəfə ABŞ-ın Stenford universitetinin qiymətləndirmə siyahısına düşüb.

Musavat.com report-a istinadən xəbər verir ki, bunlar, institutun baş direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Ramiz Alıquliyevdir.

Builki siyahıda hər iki alim “İnformasiya və kommunikasiya texnologiyaları” sahəsi üzrə çalışan və məqalələri “Scopus” bazasında indeksləşən 546 033 dünya alimləri arasından seçilib.

Stenford Universiteti “Scopus” bazasının elmmetrik göstəriciləri əsasında elmin 22 sahəsi, 176 alt sahə üzrə dünyanın nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Alimlər məqalələrin sayı, istinadların ümumi sayı, Hirş indeksi, hm-indeksi və s. kimi göstəricilər nəzərə alınmaqla çoxmeyarlı qiymətləndirilir.

Belə ki, bu elmmetrik göstəricilər əsasında yeni inteqrativ göstərici hesablanır və alimlər bu göstəriciyə nəzərən ranqlaşdırılır. Sonra onların arasından siyahının ilk 2%-nə daxil olan alimlər seçilir. Son zamanlar bu qiymətləndirmə sistemindən beynəlxalq səviyyədə ölkələrin elm və təhsil müəssisələrinin, həmçinin alimlərin qiymətləndirilməsində geniş istifadə olunur.

2020-ci ildən başlayaraq hər il Azərbaycan alimlərinin adları da Stenford Universitetinin reytinq siyahısına seçilir. Builki siyahıya Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxlu sayda soydaşlarımızın adı daxil edilib. Bu reytinq siyahısında ölkəmizi 6 elm sahəsi üzrə 14 alim təmsil edir ki, bu alimlərdən də 4-ü AMEA-nın əməkdaşıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR