İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev seçicilərilə görüşdü, problemlərə dair qərarlar verildi

 

Deputat Azay Quliyev aprelin 20-də Binəqədi rayonu, 6-cı mikrorayon, Şövkət Məmmədova küçəsi, 201 və 203 saylı binaların həyətində və 9-cu mikrorayon 103 saylı binanın qarşısında seçiciləri ilə növbəti görüşünü keçirib.

Musavat.com xəbər verir ki, görüşdə iştirak edən seçicilər, müharibə iştirakçıları və Qazi ailələri 6-cı mikrorayon ərazisimdə yerləşən 27 saylı şəhər poliklinkasının bərpa edilməsi, məşğulluq, avtobus marşurutlarının hərəkət istiqamətinin uzadılması, binaların girişlərinin təmiri zamanı yol verilmiş nöqsanlar, binaların zirzəmilərinin qurudulması, parkların salınması ilə bağlı problemləri deputatın diqqətinə çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova iştirak edib.

Musavat.com

2.jpg (353 KB)

3.jpg (304 KB)

4.jpg (277 KB)

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR