İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "DTX-nın İran casuslarını ifşa etməsi ciddi uğurdur"

"İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını cəlb etməklə ölkəmizin konstitusiya quruluşuna və milli təhlükəsizliyinə qarşı hazırladığı gizli və xain planın DTX tərəfindən ifşa olunması ciddi hadisədir".

Musavat.com xəbər verir ki, bunu millət vəkili Azay Quliyev bildirib: "Son günlər molla rejiminin Araz boyunca “hərbi təlimlər” keçirməsi, rejimin rəsmi şəxsləri və mediası tərəfindən Azərbaycana qarşı təhdid və hədə-qorxu dolu bəyanatlarının sayının artması fonunda İran xüsusi xidmət orqanlarının bu cür çirkin əməllərə əl atacağı gözlənilən idi.
İranın Bakıdakı səfirliyinin əməkdaşlarının bu planın təşkilində iştirak etməsi ilə bağlı yayılan məlumatlar vəziyyəti daha da ağırlaşdırır və bu məlumatlar təsdiqini taparsa, həmin əməkdaşların "persona non-grata" elan olunması qaçılmaz olacaq.
İran xüsusi xidmət orqanlarının ölkəmizə qarşı düşməncəsinə hazırladığı planı ifşa edən DTX əməkdaşlarına təşəkkür edir və dövlətimizin təhlükəsizliyinin təmin olunması kimi çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıram".

Musavat.com

 

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR