İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Bu qəhrəmanlıq səlnaməsinin müəllifi İlham Əliyevə indiki və gələcək nəsil daim minnətdar olacaq"

Bu da son... Bu gün qondarma "Artsax" Respublikasının "prezidenti" Samvel Şahramanyan tabeliyində olan bütün “dövlət qurumları”nın və “təşkilatları”nın ləğv edilməsi və "Dağlıq Qarabağ" ("Artsax") respublikasının buraxılması haqqında fərman imzalayıb.

Bununla da, 200 il əvvəl Qarabağda basdırılmış separatizm və qarşıdurma “minası”nın zərərsizləşdirilməsi, 100 ildən çox dünya erməniliyinin birlik və ideoloji “qalası”nın çöküşü, son 35 ildə Cənubi Qafqazı “qan gölü”nə çevirən, on minlərlə azərbaycanlının həyatına bais olan “terror yuvası”nın, xalqların iztirab və fəlakət mənbəyinin süqutu rəsmiləşdirildi.

Bu gün dünya erməniliyinin 1923-cü ildən bəri Qarabağı zorla Azərbaycandan qoparmaq üçün başlatdığı siyasi, ideoloji və informasiya müharibəsi tamamilə iflasa uğradı, bəşəriyyət xəstə “miatsum” ideologiyasından və təxəyyülündən birdəfəlik qurtuldu.

Artıq Qarabağ, Azərbaycan və bütövlükdə, Cənubi Qafqaz rahat nəfəs ala bilər. Artıq Azərbaycanın liderliyi ilə Azərbaycan, gürcü və erməni xalqları sülh, əmin-amanlıq, birgəyaşayış və inkişaf haqqında düşünə və birgə planlar hazırlaya bilərlər.

foto.jpg (283 KB)

Əminəm ki, gözümüzün qarşısında yazılan bu qəhrəmanlıq səlnaməsinin müəllifinə, Cənubi Qafqazın, Mərkəzi Asiyanın və Şərqi Avropanın gələcəyini müsbətə doğru dəyişən proseslərin təşəbbüskarına, bu coğrafiyada yeni geosiyasi reallıqlar formalaşdırana, separatizmə və işğala qarşı mübarizənin uğur modelini yaradana - cənab İlham Əliyevə indiki və gələcək nəsil daim minnətdar olacaq.

Azərbaycan Ordusunun, Şəhid və Qazilərimizin tarix və insanlıq qarşısındakı misilsiz xidmətləri isə heç vaxt unudulmayacaq.

Azay Quliyev, Millət vəkili 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR