İnsanlara hürriyət, millətlərə istiqlal!

Azarkeşlər arasında kütləvi dava: Çempionat yarımçıq qaldı

Futbol üzrə Braziliya çempionatının oyunu azarkeşlər arasında baş verən kütləvi davaya görə yarımçıq dayandırılıb.

Məlumata görə, 34-cü turun “Koritiba”–“Kruzeyro” matçı meydanda azarkeşlər arasında baş verən kütləvi davaya görə ikinci hissəyə əlavə olunmuş vaxtda yarımçıq qalıb.

İkinci hissəyə əlavə edilən ilk dəqiqədə “Koritiba”nın hücumçusu Robson hesabı açaraq komandasını önə çıxarıb - 1:0. Qoldan sonra onlarla azarkeş meydana çıxıb və kütləvi dava başlayıb. Polis bir neçə dəqiqə sonra - azarkeşlər artıq meydana daxil olduqdan sonra hadisə yerinə gəlib.

Futbolçular meydanı tərk ediblər, hüquq-mühafizə orqanları isə azarkeşlərin yarıdan çoxunu tribunadan uzaqlaşdırıb.

Qeyd edək ki, “Kruzeyro” 31 oyundan 37 xalla Braziliya çempionatının turnir cədvəlində 17-ci yerdədir. “Koritiba” 33 oyundan sonra 26 xalla 19-cudur.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR