İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL və “YAŞAT” Fondu arasında əməkdaşlıq sənədi imzalanıb

 

30 avqust 2023-cü il tarixində Azərbaycanın milli aviadaşıyıcısı AZAL və "ASAN xidmət"in “YAŞAT” Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə Musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Sənədi AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıblar.

Sözügedən əməkdaşlıq Fond tərəfindən reallaşdırılan sosial layihələr üçün “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən dəstək tədbirlərini nəzərdə tutur.

Qeyd olunan əməkdaşlıq sosial məsuliyyət çərçivəsində AZAL və “YAŞAT” Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına real töhfələr verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR