İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL kollektivi Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

20 Yanvar – Ümumxalq Hüzn Günündə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin kollektivi Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib.

Musavat.com xəbər verir ki, AZAL-ın rəhbərliyi və əməkdaşları Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğul və qızlarının məzarları üzərinə qərənfillər qoyublar.

20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinin ən faciəli günlərindən biri olmaqla yanaşı, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Vətənpərvərlik rəmzi olan bu gün hər bir azərbaycanlının yaddaşında əbədi olaraq qalacaq.


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR