Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Aygün Kazımova dostu Murad Dadaşovla bağlı paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, Pop kraliça M.Dadaşovun ad günü ilə bağlı paylaşımında bunları yazıb:
"Əziz dostum, dəyərlim Murad Dadaşov, yaxşı ki həyatımızda, dostluğumuzda, incəsənətimizdə və mədəniyyətimizdə varsan. Murad Dadaşovun sənətə və sənət adamlarına olan diqqəti, hörməti danılmazdır. Sənət adamının ruhunu yalnız sənətdə olan biri anlaya bilər. Murad Dadaşov Azərbaycan mədəniyyətinə çox gözəl töhfələr verib. Onun televiziyamıza gətirdiyi yeniliklər, möhtəşəm layihələr məni hər zaman sevindirib və təəccübləndirib. İllər onu heç dəyişmədi. Hər zaman dostcanlı, nəvazişli, diqqətçil biri olaraq qaldı. Dəyərli dostum, sənə bundan sonrakı həyatında da belə yüksəklərdə olmağını, uğurlarının aləmə səs salmağını, sevilməyini, hörmətli olmağını diləyirəm. Yeni yaşın mübarək. Doğmalığımız daimi olsun!"./axşamaz
23 Dekabr 2024
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ