İnsanlara hürriyət, millətlərə istiqlal!

AYB-nin qurultayına hazırlıq başa çatıb

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təşkilatın qurultayına hazırlıq məsələlərindən danışıb.

Musavat.com-un xəbərinə görə, AYB sədri APA-ya bildirib ki, qurultaya hazırlıq prosesi yekunlaşıb.

“Hazırlıqlar yekunlaşıb. Gələn həftə Şabranda yerləşən Yaradıcılıq Evinə gedib oradakı vəziyyətlə tanış olacağam. Əgər uyğun şərait varsa, qurultay orada keçiriləcək”, - Anar vurğulayıb.

Xalq yazıçısı qurultayın tarixinə də toxunub.

“Qurultayı isə sentyabrın ikinci yarısında keçirməyi nəzərdə tutmuşuq”, – Anar qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR