Onlayn ictimai-siyasi qəzet
"Yeni il günü özümə söz verdim: dedim, ya edəcəksən, ya da edəcəksən... Önəmli olan psixoloji durumum idi. Şükür, o dönəmdən sağlam çıxdım. Özümdən razıyam, mənə yaxın gəlməyin. Hər kəsdən uzaqlaşdım".
Bu sözləri müğənni Ayan Babakişiyeva dicey Kazım Sübhanın 106.3-də qonağı olarkən deyib. Sənətçi toy biznesini dəstəklədiyini deyib:
"Mən toy deyirəm. Vasif Məhərrəmli də efirdə dedi. Toy sözündən çəkinmək lazım deyil. Azərbaycanda konsertdən qazanc əldə etmək mümkün deyil".
Ayan etdirdiyi plastik əməliyyatlardan danışıb:
"Selena deyir ki, çox gözələm. Deyirəm, çox əməliyyat etdirirəm ki, sənə bənzəyim. Qaşqaldırma və burun əməliyyatı etdirmişəm. Çənəmdə və dodağımda dolğu var. Bel hissəm yox idi, əməliyyatla bel yaratdıq. Bədənimdə yad maddə yoxdur". (Axşam.az)
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ