İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü olub.

Musavat.com xəbər verir ki, söhbət zamanı Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması, hazırda iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparıldı.

Azərbaycanın və ABŞ-ın biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunuldu, turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edildi.

Kuş Çoksi biznes imkanlarının dəyərlərindirilməsi üçün geniştərkibli heyətlə tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirdi. 

88zhheUgjuSlzlK7bOP8a1pe2cHVZl1J3syLk73j_850.jpg (122 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR