İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiyanın yalanını faş etdi: O dronlar iyunda...

Qazaxıstanın Gömrük Agentliyi, Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi (DGK) Rusiyanın böyük bir yalanını ifşa edib. Musavat.com xəbər verir ki, onların açıqlamasında sentyabrın 22-də saxlanıldığı bildirilən 34 ədəd sökülmüş pilotsuz uçuş aparatını (PUA) daşıyan avtomobilin Qazaxıstandan deportasiya edildiyi bəyan edilib.

Agentliyin məlumatına görə, iguya Qazaxıstandan Rusiyaya keçirilməsinə cəhd edildiyi iddia olunan yükü ilkin olaraq Rusiyadan Qazaxıstana gətirmək istəyiblər, lakin ölkəyə buraxılmayıb: "22 sentyabr 2025-ci il tarixində bir sıra Rusiya KİV-ləri Qazaxıstan Respublikasından gətirilən pilotsuz uçuş aparatlarının (PUA) Rusiya gömrük orqanları tərəfindən saxlanılması ilə bağlı məlumat yayıblar. Bu məlumat qeyri-dəqiqdir və reallığı əks etdirmir. Əslində sözügedən PUA-lar 2025-ci il iyunun 13-də Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi onları tələb olunan sənədlər olmadan Rusiya Federasiyasından idxal etməyə cəhd edilərkən Jaysan avtomobil buraxılış məntəqəsində saxlayıb”.

Agentlik qeyd edib ki, yük saxlanılandan sonra belə mallar üçün idxal icazəsinin tələb olunduğu müəyyən edilib və materiallar məhkəməyə göndərilib və yük sahibi cərimələnib: “Bütün tələb olunan prosedurlar yerinə yetirildikdən sonra yük mənşə ölkəsinə qaytarmaq öhdəliyi ilə sahibinə qaytarılıb. 15 sentyabr 2025-ci il tarixində sözügedən mallar Rusiya Federasiyasına deportasiya edilib və bu barədə qonşu ölkə mövcud ikitərəfli prosedura uyğun olaraq müvafiq qaydada məlumatlandırılıb”.

Qeyd edək ki, sentyabrın 22-də Rusiya Federal Gömrük Xidmətinin (FGX) mətbuat xidməti məlumat yayıb ki, Samara gömrükçüləri Qazaxıstandan gələn avtomobildə 34 ədəd sökülmüş PUA-dan ibarət yük aşkar edərək saxlayıblar. Avtomobil Saqarçin beynəlxalq avtomobil buraxılış məntəqəsinin (Qazaxıstan tərəfində Jaysan) yaxınlığında mobil dəstə üzvləri tərəfindən saxlanılıb. Bildirilir ki, avtomobildə 1 ədəd DJI Mavic kvadrokopteri də pultla aşkar edilib. Həmçinin müəyyən edilib ki, qurğulardan bəziləri kameralı FPV pilotsuz təyyarələr, ikisi 5 kq-a qədər yük daşımaq üçün qurğulu sabit qanadlı PUA, digəri isə kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı olub. Müşayiət olunan sənədlərdə yük haqqında heç bir məlumat olmayıb və dronları daşıyan şəxs onların şəxsi istifadəsi üçün lazım olduğunu bildirib.

Rusiya tərəfi Qazaxıstanın ona verdiyi məlumatı açıqlamadan, dronların guya qanunsuz şəkildə Qazaxıstandan Rusiyaya keçirilməsinə cəhd olunduğuna dair böhtan məlumat yayıb. Özü də bunu Rusiyanın dövlət qurumu edib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR