İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsəlman liderlər Trampa şərt qoydu

Musavat.com xəbər verir ki, müsəlman ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampın hələ açıqlanmayan Qəzza planını qəbul etmək üçün bir sıra şərtlər irəli sürüblər.

Məlumata görə, əsas tələblər bunlardır:

İordan çayının qərb sahilinin tam və ya qismən ilhaq edilməməsi;

Qəzza zolağının heç bir hissəsinin işğal olunmaması və yeni yaşayış məntəqələrinin salınmaması;

Məscidül-Əqsadakı mövcud vəziyyətin qorunması;

Qəzzaya humanitar yardımların dərhal artırılması.

Qeyd edək ki, Tramp administrasiyasının Qəzza ilə bağlı planının yaxın günlərdə açıqlanacağı gözlənilir. Bu şərtlər isə həmin planın qəbul olunması üçün öncədən müəyyən olunmuş “qırmızı xətlər” kimi qiymətləndirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR