Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Almaniya müdafiə naziri Boris Pistorius Bundesverin şəxsi heyətinin artırılmasına çağırıb.
O bildirib ki, Rusiya təyyarəsinin Baltik dənizində alman freqatının üzərindən uçması NATO ölkələrinə qarşı açıq təxribat xarakteri daşıyır.
Nazirin sözlərinə görə, Kreml bu cür addımlarla alyans üzvlərini təhrik etmək, NATO daxilində ehtimal olunan zəiflikləri üzə çıxarmaq və bundan faydalanmaq niyyətindədir.
Pistorius qeyd edib ki, Almaniya ordusunun şəxsi heyətinin 460 min nəfərə qədər artırılması hazırkı şəraitdə zəruri addımdır.
Analitiklərə görə, bu açıqlama Berlin və Moskva arasında gərginliyin daha da artdığını və hərbi toqquşma riskinin real gündəmə gəldiyini göstərir.
Musavat.com
25 Sentyabr 2025
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ