Onlayn ictimai-siyasi qəzet
Bolqarıstan Avropa İttifaqının qərarına əməl edəcək və 2026-cı ildən Rusiya qazının istifadəsi və tranziti üzrə müqavilələrə xitam verəcək. Musavat.com xəbər verir ki, məlumatı Bolqarıstanın baş naziri Rosen Jelyazkov Nyu-Yorkda jurnalistlərə açıqlayıb: "Biz Avropa İttifaqının bir hissəsi olaraq Aİ-nin qərarına əməl edəcəyik və qısa müddətdə, 2026-cı ildə Rusiya təbii qazının istifadəsi və ya tranziti ilə bağlı müqavilələrə xitam verəcəyik".
Baş nazir bildirib ki, ölkəsi Rusiyadan qaz almır: “Bolqarıstanın qaz bazarı hazırda müvafiq terminallar vasitəsilə idxal olunan maye qazdan istifadə edir. Biz artıq oktyabr və noyabr aylarında ABŞ-dan yaxşı şərtlərlə və rəqabətədavamlı qiymətlərlə tədarükləri müzakirə etmişik".
Qeyd edək ki, 2024-cü ilin yanvarından Ukrayna öz ərazisindən Rusiya qazının nəqlini dayandırdıqdan sonra Macarıstan və Serbiya qazı Türk axını kəməri ilə alır. Bu kəmərlə Türkiyəyə çatdırılan qaz oradan Bolqarıstan və Serbiya üzərindən Macarıstana çatdırılır. Bolqarıstanın da Rusiya qazının tanzitindən imtina etməsi hər iki ölkənin Rusiyadan qaz almaq imkanlarını bütünlüklə aradan qaldırır. Bu, eyni zamanda Rusiyanın boru qazının Avropa bazarından tam çıxması demək olacaq.
Musavat.com
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ