İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP fəalı Ramid Nağıyevin aksiyaya görə saxlanılması iddiasına DİN-dən açıqlama

AXCP fəalı Ramid Nağıyevin oktyabrın 24-də aksiyada iştirak etdiyinə görə həbs edilməsinə görə iddialar əsassızdır.

Musavat.com xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.

O deyib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR