İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliya Rusiyanın yeni səfirliyinin inşasına mane olmaq istəyir

Avstraliya hökuməti milli təhlükəsizliyə təhdid səbəbindən ölkə parlamentinin binası yaxınlığında Rusiya səfirliyinin yeni binasının tikintisini əngəlləmək niyyətindədir.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib.

Rusiya 2008-ci ildən Moskvanın yeni səfirlik binası yerləşdirməyi planlaşdırdığı Kanberrada Avstraliya Parlamentinin binasının yanında bir ərazini icarəyə götürüb.

Albaneze bildirib ki, kəşfiyyat xidmətlərindən tövsiyələr alındıqdan sonra milli təhlükəsizlik zəminində tikintinin qarşısını alan qanunlar qəbul ediləcək.

"Hökumət, parlament binasına bu qədər yaxın olan Rusiyanın yeni mövcudluğunun yaratdığı risklə bağlı çox aydın təhlükəsizlik tövsiyələri aldı", - Baş nazir deyib.

Onun sözlərinə görə, Avstraliya Rusiyaya öz ərazisində diplomatik nümayəndəliklərin olmasını qadağan etmir, lakin yeni səfirliyin parlamentin yanında yerləşməməsini istəyir.

"Rusiyanın Ukraynaya təcavüzü ilə bunu ardıcıl və həyasızcasına rədd etdiyini nəzərə alsaq, beynəlxalq hüquq haqqında danışa biləcəyini gözləmirik", - Baş nazir əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR