İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Bizim ruhani təbəqənin Allahla problemi var – bəs necə ola bilər ki, mənimlə problemləri olsun?

Ermənistanın Baş naziri Nikol Paşinyan “Təhsil – bu dəbdir” adlı təşəbbüs çərçivəsində keçirilən görüş zamanı ruhani təbəqə ilə bağlı paylaşmalarına dair verilən sualdan narazı qalıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“O ki qaldı mənim ruhani təbəqə nümayəndələri ilə problemim olub-olmamasına və ya onların mənimlə problem yaşayıb-yaşamamasına — mən hesab edirəm ki, bizim ruhani təbəqənin Allahla problemi var. Belə olduğu halda, onlar mənimlə necə problem yaşaya bilərlər?” – deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, monastırda xidmət edən keşişlər rahiblik andı verərkən İsa Məsihin eniş yerində diz çöküb şəxsi həyata sahib olmayacaqlarına and içirlər. “'Katolikosun şəxsi həyatı' ifadəsi absurddur. Əgər kimin şəxsi həyatı varsa, demək ki, o, katolikos deyil,” – deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, ruhani şəxslərlə bağlı məlumatlar ona Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən təqdim olunur:
“Kilsə xadimləri öz davranışları ilə operativ diqqət mərkəzinə düşüblər. MTX Baş nazirə tabe olan bir orqandır və bu qurum mənə ölkədəki operativ vəziyyət haqqında gündəlik məlumat verir,” – deyə Paşinyan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR