İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonada iqtisadi artım zəifləyəcək - AMB

Avropa Mərkəzi Bankı (AMB) növbəti üç il üçün avrozonanın ÜDM-in artımı ilə bağlı proqnozunu aşağı salıb. Bankın bu gün keçirilən iclasından sonra dərc etdiyi yeni proqnozlara görə, avrozona iqtisadiyyatı 2023-cü ildə 0,7 faiz, gələn il 1faiz, 2025-ci ildə isə 1,5 faiz artacaq. İyun ayında bu gözləntilərmüvafiq olaraq 0,9 faiz, 1,5 faiz və 1,6 faiz idi.

Avrozonada istehlak qiymətlərinin artım tempi bu il 5,6 faiz, 2024-cü ildə 3,2 faiz təşkil edəcək. Bu, müvafiq olaraq 5,4 faiz və 3 faizlik bahalaşma gözləntisi olan əvvəlki təxminlərdən yüksəkdir: “2023 və 2024-cü illər üçün inflyasiya proqnozunun artırılması əsasən enerjidaşıyıcılarının qiymətindəki gözlənilən dəyişikliklə bağlıdır".

AMB 2025-ci il üzrə inflyasiya proqnozunu isə azaldıb – 2,2 faizdən 2,21 faizə.

Ərzaq və enerji xərcləri nəzərə alınmayan baza inflyasiyasının bu il 5,1 faiz (əvvəlki proqnoz səviyyəsində), gələn il 2,9 faiz (əvvəlki 3 faiz), 2025-ci ildə 2 faiz(2,3 faiz).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR