İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avroviziya 2023”ə razılıq verənlər

Novator.az “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində iştiraka razılıq vermiş ölkələrin yeni siyahısına nəzər salıb. İyunun 14-nə olan məlumata görə, yarışa qatılmaq niyyətini Albaniya, Almaniya, Avstriya, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, İtaliya, Kipr, Monteneqro, Niderland, Norveç, Polşa, San Marino, Serbiya, Ukrayna, Yunanıstan təsdiqləyib.

Müsabiqəyə Ukrayna ev sahibliyi etməlidir. Ancaq bu ölkə Rusiyanın hərbi işğalına məruz qaldığı üçün 2023-cü il yarışının başqa yerdə keçirilməsi mümkündür.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. 66 müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR