Onlayn ictimai-siyasi qəzet
Avropada qazın spot qiyməti bu il ilk dəfə olaraq min kubmetr üçün 400 dolları ötüb.
Musavat.com Niderlandın TTF birjasının statistikasına istinadən xəbər verir ki, bu gün birjada bir gün sonra çatdırılma ilə spot müqaviləsi üçün kotirovkalar 402 dollara çatıb. Bu, son 164 gün ərzində - keçən il dekabrın ortalarından bəri maksimum həddir. Ayın əvvəlindən orta qiymət apreldəki 341 dollara qarşı 325 dollar təşkil edib.
Bahalaşmanın əsas səbəbi kimi Avstriyanın OMV şirkətinin “Avropanın nəhəng bir enerji şirkəti”nin avstriyalı alıcının “Qazprom Export”a ödənişlərinin qarşısını aldığına dair açıqlaması göstərilir. Belə ki, əgər qazın dəyəri vaxtında “Qazprom”un hesablarına ödənməsə, Rusiya qanunlarına əsasən, tədarükün avtomatik dayandırılmasına səbəb olacaq. OMV-nin Rusiya nəhəngi ilə müqaviləsinin həcmi ildə təxminən 6 milyard kubmetrdir.
Qiymət artımını şərtləndirən digər amillər Avropada kondisioner mövsümünün tam sürətlə davam etdiyi bir şəraitdə külək elektrik stansiyalarının aşağı istehsalı, həmçinin Norveçdə qaz hasilatı həyata keçirilən platformalardakı cari təmir işləridir.
Avropa qiymətlərini Asiyada qaza olan tələb də dəstəkləyir. Belə ki, hazırda Asiya-Sakit Okean regionunda LNG-nin qiyməti Avropa kotirovkalarından 23 faiz artıqdır. Belə əlverişli qiymət şərtləri LNG tankerlərinin Asiyaya daha çox istiqamətlənməsinə səbəb olur.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ