İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qazın qiyməti 1500 dollardan aşağı düşdü

Avropada təbii qaz qiymətləri iyun ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 1500 dollardan aşağı düşüb. Musavat.com xəbər verir ki, həftənin ilk hərraclarında Londonun ICE birjasında qazın qiyməti 6,5 faiz ucuzlaşmaqla 1468 dollar təşkil edib. Niderlandın TTF birjasında da təxminən eyni qiymət səviyyəsi qeydə alınıb.

Qaz qiymətlərinin belə ucuzlaşması Avropada anbarların dolum səviyyəsinin yüksələrək 91 faizə çatması, həmçinin isti və küləkli hava şəraitində qaza tələbatın azalması, külək enerjisinin çoxalması nəticəsində anbarların doldurulması sürətinin artmasıdır.

Sentyabr ayında Avropanın enerji təchizatında külək enerjisinin payı 13,5 faiz, okyabrın əvvəlindən isə 20 faiz təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR