İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada min kubmetr qazın qiyməti 950 dollardan aşağı enib

Avropada oktyabrın 18-də keçirilən hərracın gedişində min kubmetr qazın qiyməti 6 faiz ucuzlaşaraq iyunun əvvəlindən bəri ilk dəfə 950 dollardan aşağı enib.

AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçersinin qiyməti 942 dollar təşkil edir.

Qazın qiymətinin ucuzlaşması Avropa anbarlarında mavi yanacaq ehtiyatlarının maksimuma yaxınlaşması (93,5 faiz), regionda isti hava şəraitinin bərqərar olması və elektrik enerjisi istehsalında külək generasiyasının payının artması (18 faiz) fonunda baş verib.

Xatırladaq ki, bu il martın 7-də Avropada təbii qazın qiyməti tarixi maksimuma - min kubmetrə görə 3900 dollara qədər yüksəlmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR