İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada min kubmetr qazın qiyməti 1100 dollardan aşağı düşüb

Avropada dekabrın 20-də keçirilən hərracın gedişində təbii qazın min kubmetrinin qiyməti 7 faiz ucuzlaşaraq noyabrın 17-dən bəri ilk dəfə 1100 dollardan aşağı enib.

AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın yanvar fyuçersinin qiyməti 1098 dollar təşkil edir.

Qazın qiymətinin ucuzlaşması bir neçə amillə izah olunur. Yaxın günlərdə Avropa ölkələrinin əksəriyyətində havanın temperaturunun iqlim göstəricisindən yüksək olacağı proqnozlaşdırılır ki, bu da anbarlardan qaz çıxarılması tempini zəiflədəcək. Bundan başqa, ötən həftə qeydə alınan rekord istehlaka baxmayaraq, Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi yüksək səviyyədə qalır. Hazırda anbarlarda 90,7 milyard kubmetr (83,82 faiz) qaz ehtiyatı var, bu da həmin tarix üçün son beş ilin orta göstəricisindən 10,08 faiz çoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR