İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa və Amerika bankları müharibəyə görə 10 milyard dollardan çox vəsait itirə bilər

Avropa və Amerika bankları Ukrayna hadisələrinə görə ümumi məbləği 10 milyard dollardan çox itki ilə üzləşmə bilərlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb. Belə ki, İtaliyanın ən böyük bankı “Unicredit” bu həftənin əvvəlində Rusiyada mümkün itkilər üçün 1,2 milyard avrodan çox vəsait ayırdığını bildirib və Rusiyada fəaliyyətinin tamamilə dayandırılacağı təqdirdə 5,3 milyard avro itirə biləcəyi barədə xəbərdarlıq edib.

“Rosbank”dakı payını satdığını elan edən Fransa bankı “Societe Generale” sövdələşmədən 3,1 milyard avro itirməyə hazırlaşır.

Amerika bankı “Citigroup” 3 milyard dollarlıq mümkün itkilər barədə xəbərdarlıq edib və indiyədək potensial itkilər üçün 1 milyard dollar ayırıb. “JPMorgan Chase” isə Ukrayna hadisələri səbəbindən 1 milyard dollara qədər itirəcəyini gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR