İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiyadan qaz idxalını 20 faizə yaxın artırıb

2024-cü ilin yanvar-noyabrında Rusiya qazının Avropa ölkələrinə ümumi ixracı ötən illə müqayisədə 18-20 faiz artıb.

Musavat.com xəbər verir ki, bunu "Rossiya 24" telekanalına (VGTRK) müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, 11 ayda Avropa maye qazvə boru kəməri ilə Rusiyadan 50 milyard kubmetrdən çox qaz alıb: “Bütün bəyanatlara, sanksiyaların təzyiqinə baxmayaraq, qaz yüksək ekoloji cəhətdən təmiz məhsul olduğu üçün ona tələbat var və logistika və qiymət baxımından Rusiya qazı ən sərfəlidir”.

Qeyd edək ki, 1 yanvar 2025-ci ilədək Rusiya qazının Avropaya tədarükü həm Ukrayna dəhlizi, həm də Türk axını ilə həyata keçirilir. Həmin tarixdən sonra nəql yalnız Türk axını ilə mümkün olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR