İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentinin üzvləri Bakı Olimpiya Stadionunda olublar

Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomas Parebanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Olimpiya Stadionunu (BOS) ziyarət edib.

"Report"un məlumatına görə, gələn il Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının Təşkilat Komitəsinin də üzvü olan Pareba ilk Avropa Oyunlarının gerçəkləşdiyi Bakı Olimpiya Stadionu ilə yaxından tanış olaraq, oyunların təşkilatçılığı ilə maraqlanıb.

Qonaqlara arena haqqında məlumat verən BOS-un direktoru Cavid Qarayev bildirib ki, I Avropa Oyunlarının uğurlu təşkilatçılığından sonra ölkə və biləvasitə stadion daha bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Avropa Olimpiya Komitəsi və İslam İdman Həmrəyliyi Federasiyası tərəfindən rəğbətlə qarşılanan və böyük tədbirlərin həvalə edildiyi arena ən son UEFA tərəfindən “Elit Stadion” adına layiq görülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR