İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamenti Gürcüstanın Aİ-yə üzvlüyündən imtina edə bilər

Avropa Parlamenti (AP) sabiq prezident Mixeil Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini təsdiq etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın aparıcı fraksiyasını - Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yatsek Sariuş-Volski özünün tviter səhifəsində yazıb.

“Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər imperativdir! Bu hallar bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə qalacağı və həbsdə öləcəyi təqdirdə Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ üzvlüyünə səs verməyəcək”, - avropalı parlamentari vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR