İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası israfçılığa qarşı: İldə 132 milyard avroluq qida məhsulu tullantıya çevrilir

Avropa Komissiyası əsas təbii resurslardan, xüsusilə də ərzaq sistemi, kənd təsərrüfatından dayanıqlı istifadə, qida və tekstil tullantılarının azaldılmasını nəzərdə tutan tədbirlər paketini təsdiqləyib.

Avropa Komissiyası sədrinin müavini Frans Timmermans Avropada qida və tekstik tullantılarının böyük həcmindən şikayətlənib: “30 milyon avropalı gündəlik normal qidalana bilmədiyi, dünyada aclıq yenidən gücləndiyi bir dövrdə bu qədər qida tullantısı yaratmaq, sadəcə, qəbulolunmazdır”.

Avropa Komissiyası Avropa Birliyi üzv dövlətlərinə 2030-cu ilədək emal və istehsal prosesində qida tullantılarını 2020-ci illə müqayisədə 10 faiz, pərakəndə ticarət, restoran, ictimai iaşə, ev təsərrüfatlarında öhdəliyi müəyyənləşdirib.

Avropa statistika qurumu olan Eurostat-ın məlumatına əsasən 2020-ci ildə Avropa Birliyində adambaşına 131 kq qida tullantısı yaranıb. Bu, 132 milyard avroluq qida məhsulları deməkdir. Qurumun hesablamalarına görə, ev təsərrüfatları, pərakəndə ticarət və restoranlarda qidanın 10 faizi tullantıya çevrilir.
Avropa Komissiyasının hazırladığı tədbirlər paketində qida və tekstil məhsullarından, sudan, gübrələrdən qənaətlə istifadə nəzərdə tutulur. Bu isə son nəticədə atmosferə atılan istilikxana qazlarının həcminin azalmasını şərtləndirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR