İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Zəngəzur dəhlizinə yeni “ordu” yeridir

Qərbin ən nəhəng siyasi təsisatı indi də Ermənistana texniki missiya göndərir, faktiki Azərbaycanla sərhəddə militarist addımlarını sürətləndirir

Avropa Birliyi (AB) bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərəcək. “Yeni Müsavat” xatırladır ki, bu barədə qurumun Ermənistandakı nümayəndəsi Vasilis Maraqos deyib. O bildirib ki, Aİ Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb: 

“Bu ilin sonu və ya gələn ilin əvvəlində Brüssel Ermənistan Silahlı Qüvvələrinə yardım göstərmək məqsədilə konkret təkliflər hazırlamaq üçün Ermənistana texniki missiya göndərəcək”. Məlumdur ki, Ermənistanda artıq AB-nin mülki missiyası fəaliyyət göstərir, adı mülki missiya qoyulsa da, sürətlə hərbiləşdirilməkdədir. Çünki tərkibində fransız jandarması, alman polisi var. Hətta AB üzvü olmayan Kanada iki atlı polis dəstəsini həmin missiyanın tərkibinə cəlb etmək qərarı verib. Bugünlərdə isə İrəvanla qurum arasında mülki missiyanın statusuna dair saziş imzalanıb. Həmçinin AB sərhəddə patrul xidmətinin genişləndiriləcəyini açıqlayıb. İndi isə texniki missiya göndərəcək. Bu gedişat da təbii ki, Rusiyada ciddi şəkildə izlənilir və vaxtaşırı XİN rəsmisi Mariya Zaxarova səviyyəsində İrəvana bu addımlarına görə xəbərdarlıqlar olunur. 

Beləliklə, əvvəlcə Ermənistanda AB-nin mülki missiyası, ardınca texniki missiyası qurulmaqdadır. Şübhəsiz ki, Avropa Birliyinin Ermənistandakı patrul və indi də texniki missiyası Rusiyanın bu ölkədəki hərbi mövqeyini zəiflətməyə yönəldilib. Amma o da iddia edilir ki, bu missiya açılması gözlənilən Zəngəzur dəhlizinə Avropa Birliyinin nəzarət etmək istəyi ilə bağlıdır. Bütövlükdə bu, AB-nin proseslərə tərəfsiz mövqe sərgiləyən vasitəçi rolunu ciddi şəkildə şübhə altına almaqdadır. Ermənistanı alət etməklə Qərb qüvvələrinin Cənubi Qafqaza müdaxilə etmək imkanlarına malik olmaq və bununla Rusiyanın bölgədəki iştirakçılığını və təsir etmək imkanlarını zəiflətməyə xidmət edən uzunmüddətli maraqları kimi də qiymətləndirmək olar. Bu, nəticə etibarilə bölgə xalqlarının maraqlarına və bölgədə sülhün əldə olunmasına qətiyyən uyğun deyil. Çünki Avropa Birliyi faktiki Azərbaycanla sərhədə qoşun toplamaq prosesini davam etdirir.

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə

Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Zəngəzur dəhlizi hələlik yoxdur: “Azərbaycan bu koridordan imtina edib. Amma bu missiyanın genişlənməsi Rusiyanın təsirlərini azaltmağa hesablanıb. Onlar hər şeyi nəzarətə götürməyə çalışır. Azərbaycanla da danışıqlar aparılacaq. Onda görünəcək ki, hansı məsələdə kompromisə getməyə hazırıq. Çünki sülh danışıqları ərəfəsində Qərb bu addımları ilə Ermənistanın mövqeyini gücləndirir ki, masada tam zəif görünməsin”. Siyasi ekspert Azad Məsiyev isə qeyd etdi ki, Ermənistan sərhədlərini rus hərbçiləri qoruyur və onun təhlükəsizliyinə Rusiya təminat verir: “Paşinyan isə hakimiyyətə gəldikdən sonra anti-Rusiya xətti götürüb. Qərb qüvvələri Ermənistanı siyasi-iqtisadi, hərbi cəhətdən müdafiə edirlər ki, Nikol iqtidarda möhkəmlənsin. Buna qədər amerikalı hərbçilərlə birgə təlimlər də Rusiyanın bölgədə təsir gücünü azaltmaq niyyəti daşıyırdı. Paşinyan həm siyasi hakimiyyətin təhlükəsizliyini, həm ictimai təhlükəsizliyi təmin etmək üçün Qərbdən gələn bu qüvvələri yerləşdirməkdədir. Avropadan alınan texnika da buna sübutdur. Çünki Ermənistan Zəngəzur dəhlizini Qərbin nəzarətinə vermək istəyir. Ona görə Rusiya Federal Təhlükəsizlik Xidmətinin yola kontrol etməsinə qarşı çıxır. Bundan əlavə, bu qüvvələri yerləşdirməklə Ermənistan onların raportu əsasında həm də Azərbaycana qarşı təzyiq mexanizmini işə salmağı planlaşdırır”. 

Ədalət Verdiyev: "Böyük ehtimalla, bu səfər çərçevəsində..."

Ədalət Verdiyev

“Avropa Birliyi və onun aparıcı üzvü Fransa son dövrlərdə Ermənistanda öz hərbi varlığını genişləndirmək üçün aktivləşib”. Bu isə hərbi ekspert Ədalət Verdiyevin fikirləridir. Hərbi ekspert Ermənistanın Rusiyadan qoparılması üçün proses getdiyini düşünür: “Paris İrəvanla Moskvanın münasibətlərini tamamilə korlamaq üçün öncə "mülki missiya" göndərdi, missiyanın üzvləri istefada olan hərbçilərdən seçildi, indi isə hərbi-texniki heyətin göndərilməsi nəzərdə tutulur. Diqqətçəkən məqam isə sözügedən heyət gəlməmişdən əvvəl Fransadan göndərilən silah-sursat və hərbi texnikanın bir hissənin artıq Ermənistana çatdırılmasıdır. Növbəti ildə də bu davam edəcək və təbii ki, silah-sursat və hərbi texnika göndərilirsə, onun servis heyəti də olmalıdır". Ə.Verdiyev AB ilə yaxınlaşmanın Ermənistan üçün ağrılı olacağını hesab edir. Siyasi ekspert Samir Hümbətov isə zənn edir ki, bu cür addımların atılması münaqişənin həll olunmasından daha çox, aktiv şəkildə qızışdırılmasına hesablanıb: “Avropa İttifaqı həqiqətən də münaqişənin tənzimlənməsini, yekun sülh müqaviləsinin imzalanmasını istəyən tərəf olduğunu nümayiş etdirmək istəyirsə, o zaman açıq şəkildə Ermənistanı gah mülki, gah texniki missiya adı altında müxtəlif qruplaşmalar və hərbçiləri göndərməsini dayandırmalıdır. Ancaq Avropa İttifaqının açıq şəkildə Ermənistanı silahlandırması göz qabağındadır. Düşünürəm ki, bu heç də yaxşı hal deyil. Bu cür silahlandırma Ermənistanda revanşist qüvvələrin əlini gücləndirməyə, ultra millətçi hərəkatları daha da qızışdırmağa, müharibəyə təhrik etməyə xidmət edir. Avropa İttifaqı bilərəkdən münaqişəni yenidən qızışdırır. Texniki yardım missiyasının göndərilməsi açıq şəkildə Ermənistana dəstəyin göstəricisidir. Ermənistanın texniki yardım alması kimi narahatlıqları var idisə, o zaman sual oluna bilər: 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında olanda nə üçün narahat olmurdular və Azərbaycana bu yardım nə üçün olunmurdu?”

Samir Hümbətov: Ermənistanda siyasi vəziyyətin ağırlaşması kim və nə üçün  lazımdır? - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Samir Hümbətov

Politoloq Samir Hümbətov "Bakı-xəbər"ə açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistana yeni missiya göndərməklə bağlı səsləndirdiyi fikirlər çox maraqlıdır: “Bütün bunlar  əvvəl mülki, indi isə texniki missiya adı altında yeni silah - sursat və hərbi texnika göndərmək cəhdlərindən irəli gəlir. Əslində bu cür addımların atılması, münaqişənin həll olunmasından daha çox, aktiv şəkildə qızışdırılmasına hesablanmış hərəkət kimi dəyərləndirilə bilər. Avropa İttifaqı həqiqətən də münaqişənin tənzimlənməsini, yekun sülh müqaviləsinin imzalanmasını istəyən tərəf olduğunu nümayiş etdirmək istəyirsə, hesab edirəm ki, o zaman açıq şəkildə Ermənistana gah mülki, gah texniki missiya adı altında müxtəlif qruplaşmalar və hərbçilər göndərməsini dayandırmalıdır. Ancaq Avropa İttifaqının açıq şəkildə Ermənistanı silahlandırması göz qabağındadır. Düşünürəm ki, bu heç də yaxşı hal deyil. Bu cür silahlandırma Ermənistanda revanşist qüvvələrin əlini gücləndirməyə, ultra millətçi hərəkatları daha da qızışdırmağa, müharibəyə təhrik etməyə xidmət edir. Avropa İttifaqı bilərəkdən münaqişəni yenidən qızışdırır. Bu, artıq gün kimi aydın olan bir məsələdir. Texniki yardım missiyasının göndərilməsi açıq şəkildə Ermənistana dəstəyin göstəricisidir.   Avropa İttifaqı əvvəl mülki, sonra texniki missiya,  keçmiş hərbiçilər, təhlükəsizlik işçilərinin Ermənistana gətirilməsi ilə müqavilənin imzalanmasına razı olmadıqlarını və ya öz maraqları kontekstindən imzalanmasını istədiklərini bildirəcək. Açıq şəkildə onlar öz maraqlarına xidmət edən oyunlar oynayırlar. Ermənistan onlar üçün o qədər də maraqlı deyil. Önəmli olan öz istəklərinin təmin olunmasıdır. Görünən bundan ibarətdir. Çünki Azərbaycan artıq münaqişəni bitirib, ərazilərini işğaldan azad edib. Bu isə onları qane etmir. Ona görə də yeni addımlar atmağa başlayırlar”.

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR