İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyaya PUA-lar verdiyinə görə İrana sanksiya tətbiq etdi

Avropa İttifaqı (Aİ) Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə əlaqəli İrandan olan üç şəxs və bir təşkilata qarşı sanksiyalar barədə razılığa gəlib.

Azpost.info xəbər verir ki, bu barədə TASS hazırda Aİ-də sədrlik edən Çexiyanın nümayəndəliyinə istinadən yazıb.

Məhdudiyyətlərin oktyabrın 20-dən – texniki qeydiyyat proseduru başa çatdıqdan sonra qüvvəyə minəcəyi bildirilir: “Yazılı prosedur tamamlanıb və sanksiyalar bu gün günortadan sonra qurumun rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək”.

Həmçinin qeyd olunub ki, Aİ ölkələrinin daimi nümayəndələri üç günlük müzakirələrdən sonra İran pilotsuz təyyarələrini tədarük edən şirkətlərə qarşı tədbirlər haqqında razılığa gəliblər.

Qeyd edək ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani İranın Rusiyaya pilotsuz təyyarələr ötürməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib. O bildirib ki, ölkəsinə qarşı aparılan dezinformasiya kampaniyası məyusedicidir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə deyib ki, Birləşmiş Ştatlar Əmir Səid İrəvaninin sözlərinə baxmayaraq, İranın Rusiyaya pilotsuz təyyarələr vermədiyinə inanmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR