İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiya diplomatları ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Avropa İttifaqı ölkələri blok daxilində Rusiya diplomatlarının səfərlərinə məhdudiyyətlər tətbiq etmək barədə razılaşıblar.

Musavat.com xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb.

Təşəbbüs Çexiyaya məxsusdur və yeni sanksiyalar paketinə daxil ediləcək. Gözlənilir ki, Aİ paytaxtlarında çalışan Rusiya diplomatik missiyalarının əməkdaşları İttifaqın daxili sərhədlərini keçmək niyyətlərini əvvəlcədən digər ölkələrin hakimiyyət orqanlarına bildirməli olacaqlar.

Bu tədbirin tətbiqinə əvvəllər etiraz edən Macarıstan, FT-nin məlumatına görə, veto qərarını geri çəkib. Avropa xüsusi xidmət orqanları bildirirlər ki, bəzi Rusiya kəşfiyyatçıları diplomat adı altında fəaliyyət göstərir və əməliyyatları əlaqələndirmək üçün təyinat ölkəsinin sərhədlərindən kənara çıxırlar. Brüsselin fikrincə, bildiriş rejimi onların hərəkətlərini daha yaxşı izləməyə imkan verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR