İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Putinə cavab hazırlayır: Şirkətə-şirkət prinsipi işə düşəcək?

Avropa İttifaqı Rusiya hakimiyyətinin İtaliyanın “Ariston” və Almaniyanın “BSH Hausgerate” şirkətlərinin Rusiyadakı törəmə şirkətlərinin aktivlərinin “Qazprom Məişət Sistemləri” şirkətinin tabeliyinə verilməsi ilə bağlı qərarına cavab tədbirləri tətbiq etməyi nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bunu İtaliyanın “Made in İtaliano” müəssisələri və istehsal üzrə naziri Adolfo Urso “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Brüssel Avropa biznesinə potensial zərəri kompensasiya etmək üçün Rusiyadan olan “benefisiar şirkətlərin aktivlərindən” istifadəyə icazə verə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Ariston” və “BSH Hausgerate” şirkətlərinin Rusiya strukturunun səhmlərinin 100 faizinin “Qazprom Məişət Sistemləri” şirkətinin idarəçiliyinə verilməsi haqqında fərman imzalayıb. Aprelin 29-da İtaliya Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Paramonovdan bununla bağlı izahat tələb edib. Diplomat Rusiya tərəfinin atdığı addımların hüquqi çərçivədə həyata keçirildiyini vurğulayıb. Avropa İttifaqı Rusiya hakimiyyətini bu qərardan geri çəkilməyə çağırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR