İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı 100 nəfərlik missiya göndərəcək

Avropa İttifaqı Ermənistan-Azərbaycan “sərhədinə” iki illik mandatla 100 müşahidəçidən ibarət yeni missiya göndərməyi planlaşdırır.

Musavat.com bununla bağlı erməni mediasına istinadən bildirir. Məlumatda deyilir ki, ilk olaraq bu haqda Politico diplomatik xidmətdəki mənbələrə istinadən yazıb.

Əlavə olunub ki, missiyanın təsdiqi üçün Brüsseldəki siyasi və təhlükəsizlik komitəsinə müraciət ediləcək.
Qeyd edək ki, hələlik Ermənistan-Azərbaycan sərhədi məlum deyil, ona görə də missiyanın harada monitorinq aparacağı maraqlıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR