İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa hamıya “72 saatlıq sağ qalma dəsti” təklif edir Brüssel müharibəyə hazırlaşır

Macarıstanın xarici işlər naziri Peter Siyyarto Avropa İttifaqını müharibəyə hazırlaşmaqda ittiham edib və Brüsseldən bununla bağlı açıqlama tələb edib.

Musavat.com bu barədə Macarıstan mediasına istinadla yazır.

Nazirin sözlərinə görə, Aİ-nin vətəndaşlara “72 saatlıq sağ qalma dəsti” təklif etməsi Macarıstanda əvvəlcə zarafat kimi qarşılanıb:

“Biz əvvəlcə düşündük ki, bu bir trolldür. Təəssüf ki, deyil. Belçikanın xarici işlər naziri Hacə Labib hətta insanlara yanında nə aparmalı olduqlarını da göstərdi.”

Peter Siyyarto bildirib ki, 21-ci əsrdə Avropa vətəndaşlarına sağ qalma çantası hazırlamaq çağırışı ancaq bir şeyi göstərir – Brüssel müharibəyə hazırlaşır.

Nazir bu tendensiyanın sülhə deyil, müharibəyə yönəlmiş siyasətin davamı olduğunu bildirib.

O, xüsusilə Donald Trampın hakimiyyətə qayıtması ilə atəşkəs və sülh danışıqları üçün real şans yarandığını, lakin Brüsselin hələ də uğursuz hərbi siyasətə sığındığını vurğulayıb:

“Sual budur: nə üçün Aİ sülhə deyil, müharibəyə hazırlaşır? Cavab sadədir: çünki müharibə davam etdiyi müddətcə, provoyen Avropa siyasətçiləri son üç ildəki uğursuzluqlara görə məsuliyyətdən yayınırlar və Ukraynaya göndərilən pulların hara getdiyini açıqlamadan qaçırlar.”

Siyyarto Avropa Komissiyasını ictimai şəkildə cavab verməyə çağırıb və bildirib ki, Brüsselin müharibə hazırlıqları Avropanın təhlükəsizliyinə deyil, sabitliyinə təhdid yaradır.

Musavat.com bildirir ki, Macarıstan uzun müddətdir ki, Aİ-nin Ukrayna siyasətinə və hərbi yanaşmalarına tənqidi mövqedə dayanır və sülhə çağırış edən, Ukraynaya dəstək verməyə qarşı olan yeganə Aİ üzvü kimi çıxış edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR