Onlayn ictimai-siyasi qəzet
Portuqaliya millisinin futbolçusu Luiş Nani azarkeşin formasını oğurlamaqda günahlandırılıb.
Idman.biz xəbər verir ki, hadisə 37 yaşlı Avropa çempionunun çıxış etdiyi “Estrela” klubunun stadionu yaxınlığında baş verib.
Naninin AVRO-2016-nın qalibi olan formasının surətini onlayn aldığını iddia edən bir azarkeş “Mançester Yunayted”in keçmiş oyunçusundan onu imzalamağı xahiş edib. Sosial şəbəkələrdə Luişin maşın sürərkən pərəstişkarı ilə danışdığı video yayımlanıb. İddia olunur ki, Portuqaliya millisinin keçmiş oyunçusu futbolkanı haradan aldığını da soruşub.
Azarkeşin sözlərinə görə, Nani köynəyi götürərək oradan uzaqlaşıb. Şoka düşən şəxs sonda polisə müraciət edib.
07 Noyabr 2024
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ