Onlayn ictimai-siyasi qəzet
Milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Maskın keçmiş sevgilisi, müğənni Qraymsa autizm diaqnozu qoyulub.
Bu barədə ifaçı özü məlumat yayıb.
“Bu il mənə diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu və autizm diaqnozu qoyuldu. Disleksiyaya sahib olduğumu başa düşdüm. Bunu uşaq vaxtı bilsəydim, daha az işləyərdim, dərman qəbul edərdim. Məndə olan bir çox qəribə vəsvəsələr və motivasiyalar patoloji olaraq görünərdi" deyə, Qraym bildirib.
Qeyd edək ki, Maskla Qraymsın 3, milyarderin isə ümumilikdə 14 övladı var. Qrayms bir müddət əvvəl Maskın övladlarının onunla görüşməyinə icazə vermədiyini açıqlamışdı.//Axşam.az
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ