İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT Parlament Assambleyası İrəvanda toplaşacaq - SƏBƏB

ATƏT Parlament Assambleyasının payız sessiyası İrəvanda keçiriləcək.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Ermənistan hökuməti noyabrın 9-da keçirdiyi iclasda ATƏT Parlament Assambleyasının payız sessiyasının noyabrın 18-20-də İrəvanda keçirilməsi üçün Nazirlər Kabinetinin ehtiyat fondundan 120 milyon dramın ayrılması barədə qərar qəbul edib.

Qeyd olunur ki, əvvəllər sessiyanın Səmərqənddə keçirilməsi qərara alınsa da, sonradan fərqli vəziyyət yaranıb. 2023-cü ilin fevralında məlum olub ki, Özbəkistan hökuməti siyasi mülahizələrə əsaslanaraq sessiyaya ev sahibliyi etmək qərarını ləğv edib.

İyunun 13-də Ermənistan ATƏT PA-nın rəhbəri və baş katibinə rəsmi məktub göndərərək, respublika parlamentinin payız sessiyasının iştirakçılarını İrəcanda qəbul etməyə hazır olduğunu bildirib.

Bildirilir ki, ATƏT PA-nın payız sessiyasının İrəvanda keçirilməsi bu qurumun üzvü olan 57 ölkənin - 350-yə yaxın deputatın Ermənistanda nümayəndə heyətini qəbul etmək imkanı verəcək. Sessiya zamanı üç komissiya Cənubi Qafqaz regionu ilə bağlı bir sıra məsələləri müzakirə edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR