İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT də Ermənistana “müfəttiş”lər yollayır

Avropa İttifaqının ardınca ATƏT də Ermənistana heyət göndərir. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Təşkilatın bəyanatında deyilir ki, oktyabrın 21-27-də ATƏT bir sıra sərhədyanı rayonlardakı vəziyyəti qiymətləndirmək üçün Ermənistana ekspertlər qrupu göndərəcək.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Azərbaycanla sərhədə müşahidəçilərin göndərilməsi üçün təşkilata müraciət etdiyini açıqlamışdı. Mirzoyan norveçli həmkarı Anniken Huitfeld ilə İrəvanda keçirdiyi brifinqdə bu barədə bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR