İnsanlara hürriyət, millətlərə istiqlal!

Astanada şaxta yeni xidmət növü yaradıb - don açanlar...

Dəhşətli şaxtalara görə Qazaxıstanın paytaxtı Astanada, demək olar ki, hər bir avtomobil sahibi mühərriki işə salmaq problemi ilə üzləşib.

Musavat.com Qazax24.info-ya istinadla xəbər verir ki, onlayn reklam platformasında avtomobililərini qızdırmaq və ya işə salmaq üçün xidmətlər təklif olunur.

Bütün reklamların bir standart qiyməti var. Minik avtomobilinin şaxtalı vaxtı mühərriki işə salmaq 15 000 tengeyə başa gələcək. Yük maşınının qızdırılmasının qiymətinin 1 saatı 20 000 tenge, sonrakı saatlar üçün 25 000 tengedir.

Avtomexanika sexlərində qiymət reklamdakı kimidir - 15 000 tenge.

Ancaq ünvana yaxın olan emalatxanadan mexanik çağırmaq daha ucuz başa gəlir. Yoxsa uzaqdan gələn ustalar benzinpulu da istəyirlər.

Qeyd edək ki, şaxta təkcə paytaxtdakı avtomobillərə deyil, Ekibastuzdakı nəqliyyat vasitələrinə də problem yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR