İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşotyan: "Paşinyan “erməni qovşağı” adı altında türk arzusunu həyata keçirir"

Sünik vasitəsilə logistik imkan yalnız Türkiyə-Azərbaycan cütlüyünə  lazımdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini, revanşist siyasətçi Armen Aşotyan öz Facebook səhifəsində yazıb.

“Nikol tez-tez regional kommunikasiyaların açılmasının ölkəyə müsbət təsirindən danışmağı xoşlayır. O, hətta hər şeyi zövqlü göstərmək üçün öz terminini də uydurdu - "Erməni qovşağı".

Əslində, mən dəfələrlə demişəm və sübut etmişəm ki, Azərbaycanın Sünik vasitəsilə Türkiyə ilə birləşdirilməsi layihəsi nəinki Ermənistan üçün zərərlidir, həm də heç bir beynəlxalq logistik əhəmiyyət kəsb etmir, çünki Rusiya, İran və Hindistan Şimal-Cənub dəhlizini inkişaf etdirmək niyyətindədirlər.
İndi isə bu xəritəyə baxın və özünüz görün ki, yalnız Türkiyə-Azərbaycan cütlüyünə Sünik vasitəsilə, sonra isə geosiyasi ekspansiya vasitəsi kimi logistik imkan lazımdır.

Ona görə də “erməni qovşağı” adı altında Nikol türk arzusunu həyata keçirir”, - deyə o, yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR