İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşotyan: “Ermənistanın “yol kəsişməsinə” çevrilməsi geosiyasi münaqişələrin sayını artıracaq”


“Əgər Nikola (Paşinyan – red.) görə, Ermənistan “yol ayrıcına” çevrilməlidirsə, geosiyasi münaqişələrin və itkilərin sayının daha da artacağı göz qabağındadır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının (sədri Serj Sərkisyandır-red.) sədr müavini Armen Aşotyan sosial şəbəkələrdə yazıb.

“Məlumdur ki, yol kəsişmələri yol təhlükəsizliyi baxımından ən təhlükəlidir. Eyni model geosiyasətdə də keçərlidir.

Bizdə isə bu təhlükə daha realdır, çünki Paşinyan nəinki riskləri idarə edə bilmir, əksinə, onları daha da artırır.

Təbii ki, kəsişmələrin təhlükəsizliyini artırmaq üçün müəyyən qaydalar müəyyən edilir, məsələn, “işıqforlar” qoyulur. Lakin Ermənistan bu gün Cənubi Qafqaz regionu üçün “yol hərəkəti qaydaları” müəyyən edə biləcək halda deyil.

Əgər bizi yol kəsişməsinə çevirmək istəyirlərsə, o zaman işıqforu kim quraşdıracaq?”, -deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR