Onlayn ictimai-siyasi qəzet
İrəvan şəhərinin Ümumi yurisdiksiya üzrə birinci instansiya cinayət məhkəməsində Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın qaçırılma cəhdi ilə bağlı proses başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iş üzrə əsas ittiham olunan şəxs II Qarabağ savaşında həlak olmuş erməni əsgər Jora Martirosyanın anası Qayane Akopyandır.
Yerli mətbuatın məlumatına görə, proses qapalı şəraitdə keçirilib. Qayane Akopyanın vəkilləri buna etiraz ediblər.
Ermənistan baş nazirinin oğlu Aşot Paşinyan məhkəməyə girməzdən əvvəl jurnalistlər ondan əsgər anasının məhkəməyə gətirilməsindən utanıb-utanmadığını soruşublar.
“Bizim yanaşmamız ondan ibarətdir ki, hər bir işə müvafiq hüquqi qiymət verilməlidir. “Qəhrəman anası” ifadəsinə gəlincə, biz artıq bu haqda danışmışıq. Bu, alçaqlıq deyil, bir daha deyirəm: Qayane Akopyan başda olmaqla bütün əsgərlərin və onların yaxınlarının qarşısında baş əyirəm. Amma eyni zamanda, anlamaq lazımdır ki, qanun qarşısında hamı bərabərdir, Ermənistanda baş verən hər hansı hadisəyə müvafiq qiymət verilməlidir”, - deyə Aşot Paşinyan bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ