İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşıq Zülfiyyənin Novruz həsrəti…

Novruz xalqımız üçün ən əziz və sevimli bayramlardan biridir. Bu bayram təbiətin oyanışını, yeni həyatın başlanğıcını və birlik-bərabərlik ruhunu özündə ehtiva edir. Xüsusilə uşaqlıq illərində Novruzun dadı bir başqadır.

Aşıq Zülfiyyə də bayramla bağlı öz duyğularını Yenisabah.az-a danışıb.

O, Novruzu sevinc, bərəkət və ümidin rəmzi kimi görür və bu bayramın hər kəs üçün xüsusi bir mənaya sahib olduğunu bildirib. Bayramın kəndlərdə daha çox hiss edildiyini, uşaqlar üçün isə unudulmaz xatirələr yaratdığını qeyd edib:

“Mən bayram ab-havasını kənddə olanda daha çox hiss edirdim. Bəzi işlərlə bağlı kəndə gedə bilmədiyim üçün çox təəssüf edirəm. Uşaqlıqda bayramda nə görmüşəmsə hamısı bircə-bircə yadımdadır. Bu bayramı səbirsizliklə gözləyirdim. Böyüklərdən çox kiçiklər sevinirdi. Çünki yumurta döyüşdürmək, lopa yandırıb atmaq, qapı pusmaq, papaq atmaq var idi. Bütüm bunlara görə Novruz bizim üçün ən gözəl bayramlardan biri idi. Zənn edirəm ki, hər kəs üçün bu belədir”. 

Sənətçi xalqımızı belə təbrik edib:

“Allahdan bir diləyim var ki, qoy bu bahar bayramı bütün ailələrə bol-bol sevinc, bərəkət qollara qüvvət, evlərə məhəbbət gətirsin. Hər kəsin bayramı mübarək olsun. Heç kəsin üzündə qəm görünməsin. Bütün millətimizin üzü gülsün. Müharibə görməyək, qanı qara görünməyək. Bütün Türk dünyasının bayramını təbrik edirəm”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR