Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, BBC-nin hazırladığı video reportajda İrəvanda təsadüfi seçilmiş sadə ermənilərə Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanan ilkin söz müqaviləsi barədə suallar ünvanlanıb.
Reportajda müsahibələrin bir hissəsi sülhə ümidlə yanaşan şəxslərdən ibarətdir. Onlar bu razılaşmanın çox vacib olduğunu, sülhün baş verəcəyinə inandıqlarını bildiriblər. Lakin, xüsusilə kişi cinsindən olan əksəriyyət isə aqressiv mövqedədir. Onlar hesab edirlər ki, baş nazir Nikol Paşinyan Ermənistanı “təhvil verir” və bunun nəticəsində ABŞ Zəngəzur dəhlizini Türkiyə və Azərbaycanın istifadəsinə təqdim edəcək.
BBC-nin təqdim etdiyi bu material, Ermənistan cəmiyyətində razılaşmaya dair fikir ayrılıqlarını və daxili gərginliyi açıq şəkildə nümayiş etdirir.
Musavat.com
14 Avqust 2025
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ