Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In telefon əlaqəsi qurublar.
Kremlin məlumatına görə, söhbət zamanı tərəflər 2024-cü il 19 iyunda Pxenyanda imzalanmış genişmiqyaslı strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına sadiq qaldıqlarını təsdiqləyiblər.
Putin, həmçinin Kursk vilayətinin azad olunmasında KXDR-in göstərdiyi dəstək və hərbçilərin göstərdiyi qəhrəmanlıqdan məmnunluğunu ifadə edib.
Telefon danışığında Rusiya lideri ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüş barədə də məlumat verib. Söhbətin sonunda Putin və Kim Çen In şəxsi əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ