İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovla Rubio görüş hazırlıqlarını müzakirə etdilər – Ankoricdə baş tutacaq  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığı müzakirə ediblər. Musavat.com xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, "hər iki tərəf tədbirin uğurla keçirilməsinə sadiq olduqlarını təsdiqlədi".

Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə bildirib ki, prezidentlərin görüşü Ankoricdə keçiriləcək: "Cümə günü səhər prezident Tramp Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək üçün Alyaska ştatının Ankoric şəhərinə gedəcək".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR