İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzuman Abdulkərimov Ana Vətən partiyasından istefa verdi! Səbəbi...

Ana Vətən Partiyasının sədr müavini, I Qarabağ müharibəsi qazisi Arzuman Abdulkərimov tutduğu vəzifədən istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə onun mətbuata ünvanladığı xüsusi bəyanatda məlumat verilir.

Sosial mediada yayılan bəyanatın mətni belədir:

"Əziz dostlar, hörmətli media nümayəndələri.

Nəzərinizə çatdırıram ki, bu gün Ana Vətən Partiyasından istefa ilə bağlı qərar verdim. İstefamın səbəbi bundan sonra heç bir təşkilatın nizamnaməsi ilə məhdudlaşmayan, müstəqil siyasətçi olaraq fəaliyyətimi davam etdirmək niyyətimdir. Necə deyərlər, dövlətə xidmətin ünvanı olmaz. Sabah, 31 oktyabr 2022-ci il tarixdə istefa ərizəmi partiyanın sədri, millət vəkili Fəzail Ağamalıya rəsmən təqdim edəcəm.

Müqəddəs Azərbaycan Dövləti və Dövlətçilik uğrunda mübarizəmi bundan belə daha da gücləndirəcəm. Bundan sonra da siyasi kursunu doğru saydığım, yolunu öz yolum hesab etdiyim Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyevin yürütdüyü xətti qətiyyətlə müdafiə edəcəm. Əziz Ana Vətənçilərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.

Hörmətlə, Arzuman Abdulkərimov, "Hilal" SAM rəhbəri, politoloq".

Musavat.com

a807c13e-1adf-4beb-8dba-7a9de83a4b8b.jpg (274 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR